Liftlərin satışı və quraşdırılması
“ASProf” şirkətlər qrupunun tərkibinə daxil olan “AS LİFT & DOORS” MMC şirkəti müxtəlif növ Lift, Eskalator, İnşaat Liftləri, BMU (Fasada Xidmət Avadanlıqları), Avtomatik Giriş Sistemləri, Yanğın Çıxış Qapıları, Rampa və Körük Sistemləri üzrə satışların reallaşdırılması və texniki servis xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmış peşəkar mütəxəssislərdən ibarət komandası ilə uğurla irəliləyir və inkişaf edir.
Keyfiyyətə nəzarət
Müştərilərimizə dəyər verdiyimiz üçün işimizdə keyfiyyət bizim üçün ən önəmli faktorlardan biridir. Bu məqsədlə sizin rahatlıq və təhlükəsizliyinizin daimi təmin edilməsi, xidmət səviyyəsinin ölçülməsi və iş prosesinin keyfiyyətinin yoxlanılması məqsədilə satışını, quraşdırılmasını və texniki xidmətini həyata keçirdiyimiz avadanlıqlar üzrə keyfiyyətə nəzarət xidməti əməkdaşlarımız tərəfindən 3 aylıq, 6 aylıq, 1 illik daimi monitorinqlər həyata keçirilir.
İş prosesimizdə ümumi müştəri məmnuniyyəti və davamlı inkişaf məqsədimizi dəstəkləmək üçün aşağıdakı sistem və prosedurları tətbi edirik:
- Müştərilərin rəylərinin müntəzəm toplanması və izlənməsi
- Tədarükçülərin müəyyən meyarlara uyğun seçimi və fəaliyyətlərinin izlənməsi
- Əməkdaşlarımız üçün təlim və inkişaf
- Daxili proseslərimizin müntəzəm auditi
- Daxili prosedurlarımız müntəzəm olaraq nəzərdən keçirilir və bütün işçilərin istifadəsinə verilmiş keyfiyyət təlimatında qeydiyyat aparılır.
Şirkət rəhbərinin müraciəti
“AS Lift & Doors” şirkəti olaraq müştərilərimizi daha yaxşı şəkildə tanımaq, onların ehtiyaclarını təhlil etmək və istəklərinə əsasən uyğun məhsullar və xidmətlər təqdim etmək başlıca strategiyamızdır.
Günümüzdəki qlobal iqtisadiyyatda dəyişən müştəri profili və artan rəqabət şərtləri bizi işimizi daha təkminləşdirməyə, daimi inkişafa və keyfiyyətli xidmətə sövq edir.
Sahəmiz üzrə Avropanın ən böyük məhsul istehsalçılarını Azərbaycan bazarında təmsil edirik. İnsanların artıq daha çox komforta və keyfiyyətə meyl etdiyi bu dönəmdə biz uyğun qiymət strategiyasi ilə daha keyfiyyətli avadanlıqları istifadəyə təqdim edirik.
Sevindirici bir haldır ki, Azərbaycan müştərisi qiymətdən daha çox keyfiyyətə önəm verir, uyğun məhsulu harda axtarmalı olduğunu çox yaxşı bilir. Bu səbəbdən müştərilərlə münasibətləri qorumağı və inkişaf etdirməyi daim vacib hesab edir, müştəri sədaqətini təmin etməyə çalışırıq.
Başlıca məqsədimiz insanların istifadəsi üçün təqdim etdiyimiz avadanlıqların onların rahatlığını, təhlükəsizliyi təmin etməsidir.